AZ

Azərbaycanlı müğənni oğluna dənizkənarında ikiotaqlı ev hədiyyə etdi

Müğənni Afət Fərmanqızı oğluna bahalı mənzil hədiyyə edib.

News24.az baku.ws-e istinadla xəbər verir ki, bu barədə "Evdəkilərə salam" verilişində bildirilib.

Aparıcı Aytəkin Mərdanova sənətçinin dənizkənarında övladı Hüseynə ikiotaqlı ev bağışladığını deyib.

Mənzil dənizkənarında yerləşir.

Afət bu evi oğluna toy hədiyyəsi kimi alıb.

Xatırladaq ki, bu ilin oktyabrın 1-də sənətçinin oğlu Hüseynin toyu olub. O sevib-seçdiyi Fidan adlı xanımla ailə qurub.


Seçilən
34
10
news24.az

10Mənbələr