Çin və ABŞ Tayvan məsələsinə görə hərbi münaqişəyə başlasa, dünyanın ən güclü ölkələri statusunu itirəcək.
KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Şandun Universitetinin professoru Cya Venşan deyib: “Açığını deyim ki, Tayvan problemi düzgün həll olunmasa, bu, Çin, ABŞ, Asiya və bütün dünya üçün son dərəcə əlverişsiz olacaq”. Ekspert qeyd edib ki, Çin və ABŞ silahlı münaqişə ərəfəsindədir. Bu baxımdan o, məsələnin danışıqlar yolu ilə həll ediləcəyinə inandığını bildirib. Xatırladaq ki, ABŞ və Çin arasında anlaşılmazlıq əsasən Tayvan və Cənubi Çin dənizindəki mübahisəli adalardır.
Vəli Həsənoğlu,
KONKRET.az