Rusiya Türkiyədən kərə yağı idxal etməyə başlayıb
Rusiya istehlakçıları narahat edən qiymət artımlarına nəzarət etmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədən kərə yağı idxal etməyə başlayıb.
Rusiyanın kənd təsərrüfatına nəzarət orqanı Rosselxoznadzor şənbə günü verdiyi açıqlamada BƏƏ-dən kərə yağı idxalına oktyabrın 18-dən başladığını bildirib. “Əvvəllər kərə yağı BƏƏ-dən Rusiyaya çatdırılmırdı”, - deyə məlumatda bildirilir.
Rusiyanın statistika agentliyinin məlumatına görə, kərə yağının qiyməti ötən ilin dekabrından 25,7 faiz artıb ki, bu da inflyasiyadan xeyli yüksəkdir. Həmin dövrdə istehlak qiymətlərində artım 8,6 faiz olub.
Rusiya oktyabr ayında Türkiyədən kərə yağı idxal etməyə başlayıb.
BƏƏ indiyədək Rusiyaya 90 ton kərə yağı ixrac edib. Rusiya qiymət artımını dayandırmaq və daxili bazarda mövcudluğu təmin etmək üçün kərə yağı tədarükünü artırmağa çalışır.
aia.az
Tərcümə şöbəsi