AZ

ABŞ seçkilərində Trampın qalib gəlməsi Pekinə sərf edir: İlon Mask və Si Cinpin qardaş olacaq

“Bloomberg”in ekspertlərinin fikrincə, İlon Mask ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gələcəyi halda Çin lideri Si Cinpinin “nüfuzlu dostu” ola bilər.

Musavat.com bildirir ki, “Tesla” və “SpaceX”in baş direktoru olan Maskın Çində genişmiqyaslı biznes maraqları var.

Onun şirkəti xarici investorlar üçün nadir olan vergi güzəştləri əldə edib və yaydan etibarən “Tesla”nın elektrik avtomobilləri Çin dövlət alış-veriş planına daxil edilib.

Maskın Tramp ilə yaxın əlaqələri və Çindəki strateji maraqları bu regionda və qlobal miqyasda yeni geosiyasi ssenarilərin yaranmasına səbəb ola bilər. Analitiklər bu əlaqələrin ABŞ-Çin münasibətlərinə və regiondakı qüvvələr balansına necə təsir edəcəyini diqqət mərkəzində saxlayırlar.

Musavat.com

Seçilən
18
50
musavat.com

10Mənbələr