"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" yayıb.
Mənbəyə görə, türkiyəli futbolçu "Frayburq"un diqqət mərkəzindədir. Almaniya təmsilçisi İstanbul klubunun rəhbərliyi ilə yanvarda rəsmi danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, Yunus Akgün cari mövsüm Super Liqada 10 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.