İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı altı nəfər həyatını itirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Vulkan 2 min metr hündürlüyə qədər qalın qəhvəyi kül atıb.
Qeyd olunub ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub, bir neçə ev və katolik rahibələrin monastırı yanıb.
Milli.Az