İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinin müraciəti əsasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiyaya DVX-nin Mərkəzi Aparatının və Bakı şəhəri ərazisində fəaliyyət göstərən struktur bölmələrinin 450-dək əməkdaşı donor qismində qatılıb. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Qanvermə aksiyası 3 gün davam edib.
Xatırladaq ki, vergi xidməti əməkdaşları artıq 18 ildir ənənəvi olaraq qanvermə aksiyalarında iştirak edirlər.