AZ

Zahid Oruc: Hərbi meydanda məğlub olan Ermənistan müxtəlif yollarla Azərbaycandan qisas almağa çalışır

Hərbi meydanda məğlub olan Ermənistan müxtəlif yollarla Azərbaycandan qisas almağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda keçirilən dəyirmi masada söyləyib.

Onun sözlərinə görə, dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu gözdən salmaq, Azərbaycanın regiondakı nüfuzunu zədələməkdir.

Deputat əlavə edib ki, Qarabağ Zəfərindən sonra ABŞ Konqresində Azərbaycana qarşı kampaniyalar aparanların maliyyə yardımı artırılır.

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr