“Erməni xalqının taleyi xarici qüvvələrin idarəçiliyinə həvalə olunub ki, bu da həmin ölkələrin üstünlükləri və prioritetlərinə uyğun həyata keçiriləcək”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Bu fəlakətli reallıq şəraitində İrəvan hökuməti inandırmağa çalışır ki, düzgün olan güclü Ermənistan qurmaq deyil, sadəcə olaraq təslim olmaqdır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az