AZ

Süni intellekt “kalkulyatoru” ilə ölüm tarixini əvvəlcədən bilmək olacaq- Britaniya istifadə etməyə başladı

Böyük Britaniyada həkimlər xəstələrin ölüm tarixini təxmini olaraq müəyyən etmək üçün süni intellektə əsaslanan “kalkulyator”dan istifadə etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Bu cihazla hesablama elektrokardioqrammanın (EKQ) nəticələri nəzərə alınmaqla aparılır. EKQ nəticələrini istifadə edərək, kalkulyator ürəyin fəaliyyətini qeyd edəcək və həkimlərin görmədiyi gizli sağlamlıq problemlərini aşkar edəcək.

Həkimlərin qənaətinə görə, ölüm tarixini uğurla təyin etmək şansı 78 faizdir. Süni intellekt EKQ nəticələrini təhlil edərək aritmiya və ürək çatışmazlığı əlamətlərini daha əvvəldən müəyyən edir.

Azpost.info

Seçilən
17
azpost.info

1Mənbələr