AZ

Azərbaycana növbəti partiya meymunçiçəyi testlərinin gətirilməsinə başlanılıb

Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminatı Mərkəzi meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri alır.

İqtisadiyyat.az xəbər verir ki, qurumun PCR dəstlərinin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.

Tenderin qalibi seçilən “Labservis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti sifariş edilən 5000 PCR dəstini Mərkəzə təhvil verəcək.

Artıq Səhiyyənin Təminatı Mərkəzi ilə sözügedən şirkət arasında satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ilk dəfə olaraq avqust ayında Azərbaycana gətirilib. Ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. 

 

Seçilən
14
iqtisadiyyat.az

1Mənbələr