AZ

“Qalib dövlət kimi yeni status qazanan, yüksələn regional gücük” - Zahid Oruc

“Hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bizə qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var: Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək.. “Qlobal layları tərpətmişik”-deyərkən, ölkə başçısı məhz bunu nəzərdə tutur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, dövətlər, siyasi qüvvələr fərqli olsa da hamısı bir məramda birləşir: “Qələbəmizdən sonra İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün qonşu xalqların mənafeyini müdafiə edərək, “əlinizi bölgəmizdən çəkin, imkan verin insanlar rahat nəfəs alsınlar”, deyərək, Qafqazda nizamın, sülhün və dincliyin əleyhinə olan dövlətlərə sərt çağırış etmişdi. Bəli, biz qalib dövlət kimi yeni status qazanan, yüksələn regional gücük”.

Seçilən
25
1
sia.az

2Mənbələr