AZ

"Qərbdə hakimiyyətlərin güclü alternativləri var" - Sədr

“Azərbaycan bütün tərəfdarları ilə bizi beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır. İstər ABŞ-da, istərsə də Avropa birliyində ölkəmizin çoxlu tərəfdarları var”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Avropa Parlamentinin bütün 720 üzvünü şantajla iclasa dəvət etsələr də, 200-i tamamilə iclasa qatılmayıb, 89-u bitərəf qalıb, 31-i isə qətnamənin əleyhinə səs verib: “Üst-üstə götürdükdə, 300-ə qədər deputat bizə qarşı aksiyada iştirak etməyib. Xarici siyasət idarəmiz və parlament diplomatiyamız məhz həmin deputatlarla işi gücləndirə bilər. Digər tərəfdən, Qərbdə hakimiyyətlərin güclü alternativləri var. Biz Macarıstan, Rumıniya, Bolqarıstan və digər iqtisadi tərəfdaşlarımızla Fransa və Almaniyanın ölkəmizə qarşı embarqo və sanksiya planlarının həmin dövlətlərə ziyan vuracağını onlara çatdırmalıyıq.

Azərbaycanın yeni Parlamentində “Xarici müdaxilə və hibrid təhdidlərə qarşı komissiya”nın yaradılması-bu mərhələnin başlanğıcı olub, xarici müdaxilələrə cavab verilməsi, əks-tədbirlərin həyata keçirilməsi yönündə böyük potensiala malikdir”. ​

Seçilən
22
sia.az

1Mənbələr