Çox olub ki, Azərbaycandan uzaqlarda Azərbaycanın adını hallandırmağa bacaranlara təşəkkür edirik. Amma bu dəfə bu soydaşımızdan çox narazı qaldım.
Beləki, bu gün Rusiyanın nüfuzlu xəbər saytı TASS məlumat yayıb ki, Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin keçmiş müavini, general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib. Mirzəyevin əslən azərbaycanlı olmasını biləndən sonra təəccüblənməyərək xəbərin qalan hissəsini oxumağa başladım .
“İstintaqın məlumatına görə, Rusiya Milli Qvardiyasının Cənub Dairəsinin komandirinin 52 yaşlı keçmiş müavini Mirzəyev “yığma tikililər üçün modul təchizatçısından 140 milyon tələb edib və pul olmadığı təqdirdə 480 milyonluq müqaviləyə xitam verəcəyi ilə hədələyib. "Mash teleqram kanalı yazır. Mənbə qeyd edir ki, şirkət vasitəçi vasitəsilə generala pul köçürüb, bundan sonra hər ikisi saxlanılıb”.
Belə məlum olur ki,Mirzəyevin oğurladığı 1.400.000.00 ABŞ dollarının bu gün üçün valyuta məzənnəsi iki milyon üç yüz səksən min azərbaycan manatdır:2.380.000.00
Yəni Azərbaycan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və başının 2-3 “şaykası” MN-dən 143 milyon manat oğurlayıblar. Uzun zamandır ki, həbs olunmayıblar. Nəhayət gördükləri qeyri-qanuni iş bir gün gün üzünü çıxıb. Hazırda İşləri istintaqda olsa da hər gün yeni bir fakt ortaya çıxır .
Hətta Nizami Məmmədovun vəkili məhkəmə zamanı deyib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib
"O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib”.
Uzun sözün qısası, Azərbaycandan kənarda adımızı heç də yaxşı hallandırmadı Mirzə Mirzəyev - 2 milyon 380min nəyiymiş... Adam dövlətdən oğurluq edəndə 1403 milyin və bacararsa daha çox oğurlayar.Sadəcə, adımızı batırdın.
Əntiqə Rəşid