Rusiyanın “Şərq” qoşunlar qrupunun komandirinin müavini Roman Qrekov bildirib ki, Ukrayanada hərbi əməliyyatlar zonasında aktiv döyüş əməliyyatlarının dayandırılmasına səbəb olacaq yağış dövrü başlayıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o hesab edir ki, rus qoşunlarının irəliləməsinə yeganə təsir edən hava şəraitidir.
Onun sözlərinə görə, torpağın yaş olması ağır silahlardan, təkərli tirli maşınlardan istifadəni, həmçinin hücum bölmələrinin hərəkətini çətinləşdirir: “Ümumiyyətlə, bu həm düşmənə, həm də bizə təsir edəcək... Biz təxmini olaraq proqnozlaşdırırıq ki, qaçılmaz fasilə olacaq.”