AZ

Gömrük Komitəsinin 900 minlik tenderi ləğv edildi

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, idarə DGK-nın Mərkəzi Hospitalı tərəfindən koronar stent və balonların satın alınmasını istəyib.
894.133,33 manat dəyərindəki tenderin ləğv edilməsinə səbəb isə təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması olub. Bununla da DGK “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsini pozub.
Xatırladaq ki, nəzarətedici orqan olan Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son bir ayda DGK-nın keçirdiyi 10-dan artıq tenderinin nəticələrini ləğv edib.

Seçilən
25
tribunainfo.az

1Mənbələr