UEFA Avropa Liqasında "Budyo Qlimt"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə Bakıvaxtı.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda sabah günortadan sonra Budyo şəhərinə yollanacaq:
"Yerli vaxtla təxminən saat 21:00-da orada olacağıq. Oyundan sonra Bakıya qayıdacağıq. Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da mətbuat konfransı, 18:00-da açıq məşq gerçəkləşəcək. Bizim azarkeşlərimiz üçün isə 400 bilet ayrılıb".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.