AZ

“Milli Kibertəhlükəsizlik İndeksi”nin yaradılması bu sahədə mühüm addımdır - Ekspert

Xəbər verdiyimiz kimi, Cari ilin 31 oktyabr tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən “Milli Kibertəhlükəsizlik İndeksi” təqdim olunub.

Bu indeksin yaradılması Azərbaycanın kibertəhlükəsizlik sahəsində hansı dəyişikliklərə yol açacaq?

Məsələ ilə bağlı "Operativ Media"ya danışan kibertəhlükəsizlik üzrə ekspert Rəşad Əliyev bildirib ki, "Milli Kibertəhlükəsizlik İndeksi"nin yaradılması bu sahədə mühüm addımdır:




"Son illərdə Azərbaycan kibertəhlükəsizlik üzrə indeksinin artması müsbət bir inkişafdır. Belə hesab edirəm ki, "Milli Kibertəhlükəsizlik İndeksi"nin yaradılması da bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə yönəlmiş mühüm bir addımdır. Bu indeks, müxtəlif şirkətlərin və qurumların kibertəhlükəsizlik səviyyəsini qiymətləndirmək üçün müəyyən kriteriyalar əsasında hazırlanır.

İndeksin hazırlanması prosesində şirkətlər 20-yə yaxın kriteriya üzrə dəyərləndirilir. Burada şirkətlərin vəziyyəti öyrənilir və onların zəif və güclü tərəfləri müəyyən edilir. Bu analiz nəticəsində, şirkətlərə kibertəhlükəsizlik strategiyalarını gücləndirmək və zəifliklərini aradan qaldırmaq üçün konkret tövsiyələr verilə bilər.

Ümid edirəm ki, bu indeks zamanla daha da təkmilləşəcək və nəticədə Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq reytinqlərdə daha ön sıralarda yer alacaq".

Seçilən
17
operativmedia.az

1Mənbələr