Bu gün voleybol üzrə Azərbaycan Kubokunda kişi və qadınlardan ibarət komandaların final oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında "Azərreyl" klubu “Xilasedici”ni sınağa çəkəcək. Görüşün start fiti saat 16:00-da səslənəcək.
Qadınların mübarizəsində isə "Gəncə" komandası "Abşeron”la üz-üzə gələcək. Matç saat 18:00-da başlayacaq. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma və yarışın bağlanış mərasimi keçiriləcək.