AZ

Turizmlə bağlı yeni qadağalar köhnə tikilmiş müəssisələrə necə təsir edəcək?

Məlum olduğu kimi, bir neçə gün öncə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib. Sənədə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət, iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti, tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət qadağan edilir. Bu dəyişikliyin isə turizmin inkişafına necə təsir göstərəcəyi aktual məsələlərdəndir. 

Məsələ ilə bağlı açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, turizm rekreasiya zonaları ayrıca idarəetməsi olan, ətraf mühitə daha çox diqqət yetirilən və ətraf mühitin qorunmasına yönəlik fəaliyyəti olan və müəyyən infrastruktura malik olan zonalardır. 

O bildirib ki, turizm rekreasiya zonaları daha çox sağlamlaşdırıcı və bərpaedici funksiyaları olan turizm növləri üçün nəzərdə tutulur: “Orada ekologiyaya zərəri olacaq hər hansı bir fəaliyyət və yaxud işin qurulması qadağan olunur. Əvvəllər də bu fəaliyyətlərə icazə verilmirdi, ancaq indi qanunla qadağan olunur. Ümumiyyətlə, Azərbaycanın COP29 ilə bağlı götürdüyü öhdəliklər, o cümlədən yaşıl zonaların yaradılması, emissiya qazalarının azaldılması və digər öhdəliklərin bir hissəsi olaraq bu kimi tədbirlər həyata keçiriləcək”. 

Ekspert qeyd edib ki, qanuna edilən bu dəyişiklik eko-turizmin və sağlamlığın inkişafına müsbət təsir göstərəck. “Ümumiyyətlə turizmin ətraf mühitlə bağlı olan növlərinin inkişafına daha geniş şərait yaradacaq”, - deyə o əlavə edib. 

Qeyd edək ki, qanuna dəyişiklik bundan əvvəlki dövrdə tikilmiş müəssisələrin fəaliyyətinə şamil edilməyəcək.

 

Seçilən
43
iqtisadiyyat.az

1Mənbələr