AZ

Rusiyada cəbhəyə göndərilən yeməklərin it əti olduğu ortaya çıxdı

Sosial şəbəkədə yayılan görüntülərdə bir rus əsgəri kamera qarşısına keçərək “qardaş ölkədən” aldığı ət güveçlə dolu konservi sınayıb. İddialara görə, rus əsgərinin yediyi ət əslində it əti olub.

Turkustan.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda rus əsgəri kamera qarşısına keçərək “qardaş ölkə” sayəsində aldığı yeməyi dadıb. Rus əsgərləri daha sonra konservin üzərindəki Koreya yazılarını tərcümə edərək, konservin içində olanın it əti olduğunu öyrəniblər.

Bunun üzərinə yeni video çəkən başqa bir rus əsgəri yoldaşlarına xəbərdarlıq edib ki, “qardaş ölkədən” gələn konservləri üzərindəki təlimatları tərcümə etmədən “ağızlarına sürməsinlər”.

Köpək yemək Şimali Koreyada qanunla qorunan bir davranışdır və bu, yuxarıda adı çəkilən “qardaş ölkə” olma ehtimalı yüksəkdir. İş o yerə çatıb ki, Şimali Koreya lideri Kim Çen In son aylarda itləri ev heyvanı kimi saxlamağı qadağan edib. İt sahibləri bu heyvanları yalnız "ət və xəzləri" üçün saxlaya bilərlər.

Şimali Koreya lideri daha əvvəl itlərə sahib olmağı “burjua, qərb davranışı” kimi təsvir edib. Şimali Koreyanın 'Sosialist Qadınlar Birliyi' vasitəsi ilə elan edilən qadağa ilə bağlı açıqlamada, "Bir itə ailə üzvü kimi yanaşmağın sosialist həyat tərzi ilə uyğun gəlmədiyi və qəti şəkildə bundan qaçınılması lazım olduğu" ifadə edilib.

Eltac Zülfüqaroğluu/Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr