Bakıda məşhur şadlıq sarayının həyətində KÜTLƏVİ DAVA baş verib
Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” şadlıq sarayının həyətində kütləvi dava olub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, bir qrup şəxs arasında mübahisə yaranıb, daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı KİV-ə bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.