Qida Təhlükəsizliyi İnstitutu “Xüsusi geyim formalarının satın alınması” tenderinin nəticələrini elan edib.
Azərbaycanda geyimlərin alınması ilə bağlı tenderləri kimlər udur? - MƏBLƏĞLƏR, ŞİRKƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, tenderin qalibi “BTC Group” MMC olub.
Qalib şirkətlə 540 664 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş geyim formaları satın alınacaq :
№ | Başlıq | Miqdar | Ölçü vahidi |
1 | Baş geyimi kişi üçün (qış-payız fəslinə uyğun) | 455 | ədəd |
2 | Baş geyimi kişi üçün (yaz-yay fəslinə uyğun) | 455 | ədəd |
3 | Baş geyimi qadın üçün (qış-payız fəslinə uyğun) | 245 | ədəd |
4 | Baş geyimi qadın üçün (yaz-yay fəslinə uyğun) | 245 | ədəd |
5 | Gödəkçə mövsümə uyğun kişi və qadın üçün | 700 | ədəd |
6 | Palto kişi üçün | 455 | ədəd |
7 | Palto qadın üçün | 245 | ədəd |
8 | Plaş kişi üçün | 455 | ədəd |
9 | Plaş qadın üçün | 245 | ədəd |
10 | Pencək kişi və qadın üçün | 700 | ədəd |
11 | Şalvar kişi üçün (qış-payız fəslinə uyğun) | 455 | ədəd |
12 | Şalvar kişi üçün (yaz-yay fəslinə uyğun) | 455 | ədəd |
13 | Şalvar qadın üçün (qış-payız fəslinə uyğun) | 245 | ədəd |
14 | Şalvar qadın üçün (yaz-yay fəslinə uyğun) | 245 | ədəd |
15 | Ətək (qadın üçün) | 245 | ədəd |
16 | Köynək uzunqol (kişi və qadın üçün) | 700 | ədəd |
17 | Köynək qısa qol (kişi və qadın üçün) | 700 | ədəd |
18 | jilet | 245 | ədəd |
19 | Sadə köynək | 245 | ədəd |
20 | Demisezon jilet | 700 | ədəd |
21 | Ayaqqabı kişi üçün (yay fəslinə uyğun) | 455 | cüt |
22 | Ayaqqabı kişi üçün (qış fəslinə uyğun) | 455 | cüt |
23 | Ayaqqabı qadın üçün (yay fəslinə uyğun) | 245 | cüt |
24 | Ayaqqabı qadın üçün (qış fəslinə uyğun) | 245 | cüt |
25 | Ayaqqabı müfətişlər üçün | 700 | cüt |
26 | Qalstuk | 700 | ədəd |
27 | Fərqləndirmə döş nişanı (jeton) | 700 | ədəd |
28 | Fərqlənmə qol nişanı (şevron) | 1.400 | ədəd |
29 | Kəmər | 700 | ədəd |
30 | Ağ xalat kişi üçün | 30 | ədəd |
31 | Ağ xalat qadın üçün | 30 | ədəd |