Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 146,3 milyon manat olub.
Bu barədə İndex.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub. Bu, ümumi dövriyyənin 58 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 % artaraq 1 milyard 668,3 milyon manat olub.