İngiltərə xarici işlər xaziri Devid Lammi Rusiyanı dezinformasiya yaymaqla “dünyanı zəhərləməkdə” ittiham edib. Avropada etirazları qızışdırmaqda Moskvanı da məsuliyyət daşıyan Britaniya diplomatı Kremlə nəzarəti ələ keçirməyin onun “şəxsi missiyası” olduğunu deyib.
Editor.az xəbər verir ki, Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniyanın BBC-yə açıqlamasında Rusiyanı “mafiya dövləti” olaraq xarakterizə edən İngiltərə xarici işlər xaziri Devid Lamminin sözlərini dəyərləndirib.
Britaniyalı nazirin sözlərini dəyərləndirən Rusiya səfiri Kelin İngiltərə xarici işlər naziri Lamminin Rusiyaya qarşı təxribat xarakterli sözlərinin qəbuledilməz olduğunu bildirib və diplomatiya etiketinə əməl etməyə çağırıb:
“Mən cənab Lammi ilə heç vaxt görüşməmişəm, amma onun yerində olsaydım, dilimi daha yaxşı idarə edərdim, çünki onun sözləri çox kobuddur. Mən dünyada heç bir siyasətçi tanımıram ki, xüsusən də xarici işlər naziri belə sözlər işlətsin. Rusiya prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun dediklərinə qulaq assanız, görərsiniz ki, onlar bu cür ittihamlar və ya etiketlər işlətmirlər. Bu, bizim xarakterimizə tamamilə ziddir”.
//Gülnarə Abasova, Editor.az