21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.
"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.