Çin və ABŞ Tayvana görə toqquşsa, onlar dünyanın ən güclü ölkələri statusundan uzaqlaşacaqlar. Bu fikri Rusiya mediasına müsahibəsində Şandonq Universitetinin professoru Çzya Venşan bildirib.
“Çin və ABŞ arasında Tayvan məsələsinə görə nəhayət hərbi münaqişə başlasa, bundan nəinki Tayvan boğazı təsirlənəcək, həm də Vaşinqton və Pekin də böyük itkilərə məruz qalacaq. Onlar həmçinin dünyanın 1 və ya 2 nömrəli statusunu başqa dövlətlərə ötürəcəklər”, - deyə alim bildirib.
Eyni zamanda Çzya qeyd edib ki, hər iki ölkə on ildir ki, Tayvan üzərindən hərbi münaqişəyə hazırlaşır. Bununla belə, alim vurğulayıb ki, “Çin və ABŞ mövcud qlobal sabitliyi və sülhü qoruyub saxlamalı” və Tayvanla bağlı fikir ayrılıqlarının silahdan istifadə etmədən həllinin tapılmasına daha çox vəsait sərf etməlidir.
Tural