AZ

“COP29 Azərbaycan diplomatiyasının uğurlu səhifəsi olacaq“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Son həftələrdə Azərbaycanda COP29 sammiti ilə bağlı tamamlanma işləri aparılır. Azərbaycan dünyanın ən böyük konfranslarından birinə ev sahibliyi edəcək. Azərbaycan hazırda dünyada həm iqlim məsələlərində, həm də diplomatik danışıqlarda mərkəzə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fariz İsmayılzadə deyib.

O bildirib ki, Azərbaycan bu gün dünya siyasətinin, planetimizin gələcəyini təmin edən danışıqların mərkəzindədir: “Buna görə də Azərbaycana olan təhdid və təzyiqlər də artır. Bu mənada Qarabağ və xarici siyasət məsələlərimizdə təzyiqlərin sayı olduqca artıb. Müxtəlif parlamentlərdə Azərbaycana qarşı olan qətnamələr, mətbuatda yayımlanan məqalələr, hansısa QHT-lərin, fərqli beyin mərkəzlərinin hesabatları Azərbaycana qarşı mərkəzləşdirilmiş kampaniyanın tərkib hissələrdir. Bütün bunların tək məqsədi Qarabağ zəfərimizi həzm edə bilməmələridir. Digər tərəfdən təzyiqlər nəticəsində xarici siyasətdə dönüşə, Qarabağ məsələsində yarı hazırlanmış sülh sazişinin imzalanmasına nail olmağa çalışırlar. Azərbaycan isə bütün bunlara qarşı addımlar atır və COP29 sammiti uğurla baş tutacaq. Hansısa ölkə iştirak etməməklə bizə itki verməyəcək, COP29 sammiti Azərbaycan diplomatiyasının uğurlu səhifəsi olacaq. Bundan sonra da Azərbaycan öz suverenliyi, müstəqilliyinin gücləndirilməsi üçün müvafiq addımları atmağa davam edəcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
8
sia.az

1Mənbələr