AZ

Qazaxıstan və Çin arasında 2,5 milyard dollarlıq müqavilə imzalanıb

Bakı,TurkicWorld

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində biznes nümayəndələri ilə Qazaxıstan-Çin investisiya dəyirmi masasında iştirak edib.

TurkicWorld xəbər verir ki, Qazaxıstan və aparıcı Çin şirkətləri arasında 2,5 milyard dollarlıq səkkiz kommersiya sazişi imzalanıb.

Baş nazir Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinə “Robotlar Vadisi” təcrübəsinin öyrənilməsi və gələcəkdə Qazaxıstanda tətbiqi məqsədilə Çin tərəfi ilə əməkdaşlıq əlaqələrinin qurulmasını tapşırıb.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda ilk kömür kimya kompleksinin və Çin avtomobillərinin istehsalı üçün altı zavodun fəaliyyətə başlayacağı bildirilmişdi .

Seçilən
18
turkic.world

1Mənbələr