ABŞ-da gərginlik: seçki məntəqəsində dava düşüb
ABŞ-nın Cənubi Karolina ştatının Orangeburq şəhərindəki seçki məntəqəsində bir kişiyə səsvermədən əvvəl “Lets Go Brandon” şlyapasını çıxartmağı əmr etdikdən sonra dava düşüb.
Reyting.az-ın xəbərinə görə, bir məmur seçiciyə yaxınlaşaraq deyib ki, dövlət qanunları seçki məntəqələrində siyasi geyim geyinməyi qadağan edir. Bu səbəbdən də seçicidən papağı çıxarmaq tələb edilib.
Şiddətli mübahisədən sonra kişi papağını çıxararaq yerə atıb. Lakin bu hərəkətlə mübahisə daha da qızışıb.
Anket işçisi olan qadın kişini vurub. Ətrafdakı insanlar müdaxilə edib. Cənubi Karolina Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
V. QULİYEV