İsrailin Qəzza zolağında 393 gündür davam edən xüsusi əməliyyatının başlamasından bu yana İsrail Müdafiə Qüvvələrinin Livandakı hərbi əməliyyatları da daxil olmaqla 780 israilli ölüb, 5253 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail müxalifətinin liderlərindən biri, məşhur siyasətçi Aviqdor Liberman məlumat verib.
Qeyd olunur ki, bu rəqəmlər dövlət tərəfindən məxfi saxlanılır və ölkədə davam edən etiraz aksiyalarını yatırtmaq üçün dərc olunmur.