AZ

ABŞ-da seçkilər: Bu namizəd səs çoxluğunu qazandı – O biri qələbəyə doğru gedir

Sabah ABŞ seçkilərində böyük gündür. 2016-cı ildən bəri ən qalmaqallı, polemik və mübahisəli olan bu seçki boyu dünyanı düşündürən sual kimin qalib gələcəyidir. Rəy sorğularındakı reytinqlər çox yaxın olduğu halda, bir faiz fərqlə ölkənin taleyini həll edəcək seçkiyə bir gün qalmış bir namizəd digərindən daha çox seçilir.

News24.az  xəbər verir ki, ABŞ-da sorğular toplayan və ümumi faizi hesablayan “270toWin” və “532 Project” saytlarının məlumatına görə, Kamala Harris ölkədə 1 faiz fərqlə irəlidə görünür.

Əvvəllər bəzi aparıcı media qurumları Donald Trampın səslərin çoxluğunu aldığını, digər qurumlar isə Harrisi önə çəkdiyini bildirib. Lakin seçkidən bir gün əvvəl aparıcı sorğular Harrisin 1 faiz öndə olması ilə razılaşıb.

Amma ümumi səslərdəki 1 faizlik fərq ABŞ seçkilərində həlledici fərq deyil. Çünki xalqın bu qədər parçalandığı seçkidə fərdlərin deyil, ştatların səsləri önəmlidir.

Səs marjasının çox yaxın olduğu ABŞ seçkilərində ölkənin növbəti prezidentini seçmək vəzifəsi xalqın özlərinə deyil, Seçicilər Kollegiyasına düşür. ABŞ-da öz ştatında səs verən seçici prezidentə səs verəndə əslində Seçicilər Kollegiyasına təyin olunmuş ştatının nümayəndəsinə hansı prezidentə səs verməli olduğunu deyir. Belə ki, Seçicilər Kollegiyası ictimaiyyətlə məsləhətləşərək, ABŞ prezidentini seçir.

Seçicilər Kollegiyasına seçilən siyasətçinin öz ştatının səs çoxluğuna qarşı çıxması mümkün deyil. Ancaq bu o deməkdir ki, əhalisi 100 mini keçməyən ştatlar, əhalisi milyonları keçən ştatlarla eyni səsə malikdir. 100 min nəfərin səsi ştat əsaslı 1 milyon nəfərlə eynidir.

Bu məlumatlar çərçivəsində önəmli olan prezidentliyə namizədlərin neçə səs qazanması deyil, neçə ştatı qazanmasıdır. Seçkilərin əsl mənzərəsi belə ortaya çıxır.

ABŞ-ın 50 ştatından 7-si “yelləncək” ştatları adlanır. Bunlar hər iki namizədin qalib gələcəyi ştatlardır. Rəy sorğularında xalq səsverməsində Harris öndə olsa da, yelləncək ştatlarında Tramp irəlidədir.

“New York Times” nəşrinin keçirdiyi sorğuların nəticələrinə görə, Tramp 7 ştatdan 5-də irəlidədir. Pensilvaniya, Corciya, Şimali Karolina və Nevada ştatlarında bir faizdən az irəlidə olan Donald Tramp Arizona ştatında 3 faizdən çox irəlidədir. Digər tərəfdən, onun rəqibi Kamala Harris Miçiqan və Viskonsin ştatlarında 1 faizdən az fərqlə irəlidədir.

Bu cədvələ baxdıqda Respublikaçılar Partiyasının namizədi Donald Trampın Demokratlar Partiyasının namizədi Kamala Harrislə müqayisədə qalib gələcəyi ehtimalı olduqca yüksək görünür.

ABŞ seçkilərində qalibi müəyyən edən yelləncək ştatları, görünür, Donald Trampı seçir.

Aynurə

Seçilən
33
40
news24.az

10Mənbələr