AZ

Çin kosmik gəmisi Yerə 34,6 kq tədqiqat materialı gətirdi- ÖZƏL

Çinin "Şençjou-18" pilotlu kosmik gəmisinin heyəti "Tyanqon" orbital stansiyasından Yerə təxminən 34,6 kq tədqiqat materialı çatdırıb.

Olaylar.az xəbər verir ki, kosmik biologiya, materialşünaslıq və mikroqravitasiya şəraitində yanma proseslərinin tədqiqi daxil olmaqla, 28 istiqamətdə araşdırmalar aparılıb. 55 nümunə Çin Elmlər Akademiyasının Tətbiqi Kosmik Texnologiyalar və Mühəndislik Mərkəzinə təhvil verilib. Bu nümunələr arasında amin turşuları, metanogenlər, oligopetidlər və müxtəlif mikroorqanizmlər var.

Kosmonavtlar həyat elmləri sahəsindən 24 və materialşünaslıq sahəsindən 30 növ nümunə gətiriblər, o cümlədən FeSi maqnit yumşaq ərintisi və bioaktiv şüşə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr