21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb.
Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.