AZ

Əsəd Türkiyə ilə əlaqələri normallaşdırmağa hazır deyil - Fidan

Bakı, TurkicWorld

Əsəd Türkiyə ilə əlaqələri normallaşdırmağa hazır deyil.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,bunu TÜrkiyə XİN rəhbəri Hakan Fidan deyib. O qeyd edib ki , Suriya hökuməti razılığa gəlməyə və Suriya müxalifəti ilə münaqişəni dayandırmağa və ya Türkiyə ilə əlaqələri normallaşdırmağa hazır deyil.

“Türkiyə Suriyanın Bəşər Əsəd hökumətindən müxalifətlə münaqişəsiz bir arenada razılaşa biləcəkləri siyasi çərçivə yaratmasını istəyir”-deyə o əlavə edib.
Fidan qeyd edib ki,Suriya müxalifəti ilə real dialoq aparılmalıdır və Ankara Əsədin rəqibləri ilə razılığa gəlməsini istəyir.

“Əsəd və onun tərəfdaşları bəzi problemləri həll etməyə hazır deyillər və müxalifətlə razılığa və əlaqələri normallaşdırmağa hazır deyillər”, o qeyd edib.

Seçilən
27
turkic.world

1Mənbələr