AZ

"Azərbaycanla bu mövzuda müzakirələr aparılmayıb" - Badasyan

Ermənistan və Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları ölkələr arasında daşınan mallar haqqında məlumat mübadiləsini də əhatə edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan parlamentdə açıqlayıb. 

Badasyan bildirib ki, konkret vəziyyətdən asılı olaraq həll yolları çox fərqli ola bilər: "Eyni zamanda, qonşu Gürcüstanla ixrac məlumatlarının ilkin mübadiləsi təcrübəsi var. Bu, artıq idxal mərhələsində olan prosesi asanlaşdırır, çünki tərəflər müəyyən məlumatlara malikdirlər. Ölkələr həmçinin əlavə riskləri azaltmaq üçün skan edilmiş şəkilləri əvvəlcədən paylaşa bilərlər". 

O, həmçinin qeyd edib ki, müasir rəqəmsal platformalara əsaslanan bir çox başqa həllər var. Bu həllər insan faktorunu minimuma endirməyə və ümumilikdə nəzarət prosedurlarını sürətləndirməyə imkan verir.

Onun sözlərinə görə, Ermənistan hazırda İranla gömrük və tranzit prosedurlarını sadələşdirmək üçün danışıqlar aparır. Gürcüstanla artıq mövcud olan sadələşdirilmiş sxemlərə əlavə olaraq, birgə gömrük nəzarəti ilə bağlı müzakirələr aparılır: "Bütün bunlar Azərbaycanla münasibətlərdə, təbii ki, şəraitdən, situasiyalardan asılı olaraq tətbiq oluna bilər. Eyni zamanda, Azərbaycanın vergi və gömrük orqanları ilə bu mövzuda müzakirələr aparılmayıb".

Ağarza Elçinoğlu 

Seçilən
37
29
unikal.az

10Mənbələr