“ARIITKM” Mərkəzinin iqtisadi analitiklərinin hesablamalarına görə, bu il qızıl Azərbaycandan qeyri-neft ixracı üzrə ilk üçlükdə yer alıb. Qiymətli metal 2024-cü ilin ilk doqquz ayında xaricə 115 milyon dollardan çox satılıb.
Dünya Bankının 2024-cü ildə qızılın orta qiymətinin bir troya unsiyasının 2100 dollar olacağı proqnozuna uyğun olaraq, Azərbaycan ilin əvvəlindən təxminən 1,7 ton qızıl külçəsi ixrac edib.
Azərbaycan mallarının xaricə qeyri-neft satışında pambıq birinci yeri tutub - doqquz ayda az qala 151 milyon dollara satılıb.
İkinci yerdə qızıl satışını cəmi 25 milyon dollar qabaqlayan Azərbaycan pomidorlarıdır - həmin dövrdə onlar 140 milyon dollara ixrac edilib.
Ənənəvi olaraq, Rusiya Azərbaycan istehsalının qeyri-neft sektorundan malların əsas idxalçısı olaraq qalır - ilin əvvəlindən o, Azərbaycandan 844 milyon dollar alıb.
Siyahıda daha sonra 435 milyon dollarla Türkiyə gəlir.
Doqquz ay ərzində Gürcüstan Azərbaycandan demək olar ki, 200 milyon dollar dəyərində mal alıb və ondan sonra ilk beş alıcı sırasında hər biri 120 milyon dollardan az olan İsveçrə və ABŞ-dır.
Almaz Həsənli