AZ

Lavrov “Şimal axını” qaz kəmərinin dağıdılmasına susan Almaniyanı tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın “Şimal axını”nın  alçaldıcı şəkildə məhv edilməsi ilə biabırçı şəkildə barışdığını deyib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Lavrov bunu   “Gələcəyin yaradılması” beynəlxalq elmi simpoziumda çıxışı zamanı bəyan edib: “Almaniya hakimiyyəti ölkə iqtisadiyyatına  zərər verən “Şimal axını” qaz kəmərlərinin alçaldıcı şəkildə dağıdılmasına hələ də susur”.   Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ-nin  “Şimal axını” qaz kəmərlərində təxribat törətməsindən sonra Fransanın NATO-dan çıxmasının vacibliyini bildirmişdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
32
konkret.az

1Mənbələr