Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasını dəstəkləmək üçün minlərlə hərbçi göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında hər il 600-700 min ton düyü verəcəyi iddia edilir.
Bəzi ekspertlər Pxenyanın bu addımının Koreya yarımadasındakı mümkün gərginlikdə Moskvanı öz tərəfinə çəkmək strategiyasının bir hissəsi olduğunu bildirir.