AZ

Erməni keşişdən sərsəmləmələr

Kilikiya ermənilərinin katalikosu I Aram COP29 ərəfəsində dünya liderləri, din xadimləri və icma rəhbərlərinə müraciət edib. Tribunainfo.az xəbər verir ki, o, həmin şəxslərdən COP29 beynəlxalq konfransı ərəfəsində və onun işi zamanı Qarabağ erməniləri ilə bağlı məsələni qaldırmalarını istəyib.
I Aram deyib ki, tədbirə qatılanlar Azərbaycandan Qarabağ ermənilərinin geri qayıtması və “geri döndükdən sonra suverenliklərini bərpa etmələrinə şəraitin yaradılmasını” tələb etməlidirlər. “Paralel olaraq, diplomatik və digər vasitələrlə Azərbaycana təzyiq göstərilməlidir”.
O, sonda dünya liderlərindən Bakıda həbsdə olan separatçı və terrorçuların azad edilməsi üçün dua etmələrini də xahiş edib.
P.S. Ermənilərin xəstəliyinin əsas mənbəyi kilsədir. Kilsə uzun illərdir zəhərlədiyi cəmiyyəti dəfələrlə qırğına versə də, yenə də həyasızlığından qalmır. I Aram isə xeyli müddətdir Azərbaycan əleyhinə təbliğat aparır. Lakin bir faydası yoxdur. Bu qanmazlar anlamırlar ki, dünya kimin kim olduğunu yaxşı bilir. Və I Aram yaxşı olar ki, din xadimi kimi dualar etsin və xalqının firavan yaşaması barədə düşünsün.

Seçilən
37
tribunainfo.az

1Mənbələr