AZ

Mahir Süleymanlıdan TƏBRİK- “Dövlət və cəmiyyət arasındakı əlaqə missiyasının öhdəsindən layiqincə gələcəksiz”

 

XALQ.AZ xəbər portalının fəaliyyətinin 12 ili tamam olur.

Azərbaycan xəbər məkanında özünəməxsus yeri, professional yanaşma tərzi olan saytımıza təbriklər ünvanlanır.

Həmin təbrikləri təqdim edirik:

 Hörmətli Xalq.az əməkdaşları,

Əziz dostlar,

Ümummilli Liderimiz Heydər Əliyev jurnalist əməyini çox gözəl dəyərləndirərək demişdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Bu həqiqətən də belədir, qələm əhlinin nəinki analitik yazılar, araşdırmalar, müsahibələr hazırlaması, müxtəlif problemləri işıqlandırması, eləcə də yazdığı bir cümlə belə beynin məhsuludur və təbii olaraq buna qiymət verilməlidir.  Çünki hər bir fikrin ifadə edilməsi üçün yüksək peşəkarlıq tələb edilir.

Bu gün, Azərbaycan media məkanında özünəməxsus yerə sahib olan Xalq.az saytının yaranmasından 12 il ötür. Peşəkar jurnalistlərin cəmləşdiyi Xalq.az-ın bütün əməkdaşlarını bu əlamətdar gün münasibəti ilə təbrik edir, çətin və məsuliyyətli olduğu qədər, həm də şərəfli olan işlərində yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Xalq.az saytı dövlət və cəmiyyət arasındakı əlaqə missiyasının öhdəsindən bundan sonra da layiqincə gələcək, dövlət siyasətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində fəal rol oynayacaqdır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

 

Seçilən
37
xalq.az

1Mənbələr