AZ

Ermənistan Azərbaycanın vergi və gömrük orqanları ilə əməkdaşlıq etmək istəyir - Badasyan

"Ermənistan və Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları ölkələr arasında daşınan mallar haqqında məlumat mübadiləsini də əhatə edə bilər". 

Milli.Az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın əsas hədəfi Azərbaycanın vergi və gömrük orqanları ilə müzakirələr aparmaqdır:

"Konkret vəziyyətdən asılı olaraq həll yolları çox fərqli ola bilər. Eyni zamanda, qonşu Gürcüstanla ixrac məlumatlarının ilkin mübadiləsi təcrübəsi var. Bu, artıq idxal mərhələsində olan prosesi asanlaşdırır, çünki tərəflər müəyyən məlumatlara malikdirlər. Ölkələr, həmçinin əlavə riskləri azaltmaq üçün skan edilmiş şəkilləri əvvəlcədən paylaşa bilərlər. Müasir rəqəmsal platformalara əsaslanan bir çox başqa həllər də var. Bu həllər insan faktorunu minimuma endirməyə və ümumilikdə nəzarət prosedurlarını sürətləndirməyə imkan verir. Ermənistan hazırda İranla gömrük və tranzit prosedurlarını sadələşdirmək üçün danışıqlar aparır. Gürcüstanla artıq mövcud olan sadələşdirilmiş sxemlərə əlavə olaraq, birgə gömrük nəzarəti ilə bağlı müzakirələr davam edir. Bütün bunlar Azərbaycanla münasibətlərdə, təbii ki, şəraitdən, situasiyalardan asılı olaraq tətbiq oluna bilər. Eyni zamanda, Azərbaycanın vergi və gömrük orqanları ilə bu mövzuda müzakirələr aparılmayıb".

Nərmin Mahmudova
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr