Ölkə.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, İran əvvəlki iki hücum zamanı istifadə etmədiyi daha güclü döyüş başlıqları və digər silahlardan istifadə edərək İsrailə kompleks hücum etməyə hazırlaşır.
Nəşrə açıqlama verən İran rəsmisi deyib ki, hücum zamanı hərbçilərini itiriblər, bunun da cavab reaksiyası olacaq.
WSJ onu da qeyd edib ki, İran hücum zamanı İraq ərazisindən İsrailin hərbi obyektlərini vurmaq üçün istifadə edə bilər.
WSJ yazır ki, hücum ABŞ-də keçiriləcək seçkilərdən sonra, lakin yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl baş verəcək.
Mürtəza
Ölkə.Az