AZ

Azərbaycanın Rusiyadakı səfiri etimadnaməsini Putinə təqdim edəcək

Azərbaycanın Rusiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev noyabrın 5-də etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.

“Report” bu barədə Kremlə istinadən xəbər verir.

Rusiya Prezidentinin sabah daha 27 diplomatın etimadnamələrini qəbul edəcəyi gözlənilir.

Mərasim ənənəvi olaraq Böyük Kreml Sarayının “Aleksandrov” zalında baş tutacaq.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rəhman Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Seçilən
5
14
azpolitika.info

10Mənbələr