AZ

Uruqvaydan Azərbaycan mesajı: “Bu, yeni əlamətdir”

Uruqvay Azərbaycanla Ermənistan arasında sərhəddə delimitasiya və təhlükəsizlik komissiyaları səviyyəsində işlərin gedişinə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə Uruqvay Xarici İşlər Nazirliyinin “Cənubi Qafqazda sülh prosesi və münasibətlərin nizamlanması” adlı mesajında ​​qeyd olunub.

XİN iki ölkənin sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməsinin noyabrın 1-dən qüvvəyə minməsini vurğulayıb.

Uruqvayın xarici siyasət qurumu ərazi bütövlüyü prinsipinə əsaslanan və beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun delimitasiyanın davam etdirilməsi üçün razılaşmaları da qeyd edib.

Bəyanatda bildirilir ki, bu hadisələr qarşılıqlı etimadın qurulmasının yeni əlamətidir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və bütün regionun davamlı inkişafı üçün sabitlik, firavanlıq və rifah gətirəcək yekun sülhə nail olmaq məqsədinə çatmaq üçün fundamental addımlardır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
31
teleqraf.com

1Mənbələr