AZ

İran İsrailə daha güclü hücum planlaşdırır

İran

İran əvvəlki iki hücum zamanı istifadə etmədiyi daha güclü döyüş başlıqları və digər silahlardan istifadə edərək İsrailə kompleks hücuma hazırlaşır.

Reyting.az
xəbər verir ki, bunu “The Wall Street Journal” məlumatlı mənbələrinə istinadla yazıb.

Misir rəsmisi bildirib ki, Tehran 26 oktyabr hücumuna görə İsrailə “qəddar və hərtərəfli” cavab verəcəyi barədə Qahirəyə xəbərdarlıq edib.

Məlumata görə, İran bu hücumda İraq ərazisindən İsrailin hərbi obyektlərini vurmaq üçün istifadə edə bilər.

İran və ərəb rəsmiləri deyiblər ki, Tehran raketlər və pilotsuz təyyarələrlə kifayətlənməyib, İsrailə qarşı daha güclü döyüş başlıqlarından istifadə etməyi planlaşdırır.

İddia olunur ki, hücum noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdən sonra, lakin yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl baş verə bilər, çünki İran ABŞ-dakı seçkilərə təsir etmək istəmir.

Onu da qeyd edək ki, Amerika kəşfiyyat xidmətlərinin məlumatına görə, İran özü üçün ən yaxşı ABŞ prezidenti kimi Donald Trampı yox, Kəmalə Harrisi görür.

V. QULİYEV
Seçilən
10
reyting.az

1Mənbələr