Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Qeyd olunub ki, “Aleksandrovski” zalında baş tutacaq tədbirdə Azərbaycan səfirindən başqa daha 27 diplomat iştirak edəcək.