Tehran İsrailə daha güclü döyüş başlıqları və əvvəllər istifadə olunmamış silahlarla hücum edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr İranın İsrailə hücum etməyə hazırlaşdığını iddia edib.
Bu barədə nəşrə açıqlama verən Misir rəsmisi İranın Qahirəyə özəl olaraq məlumat verdiyini bildirib və İsrailə cavabın “güclü və mürəkkəb” olacağı barədə xəbərdarlıq edib.
Xəbərdə İran ordusunun da əməliyyata qatılacağı və onun İnqilab Keşikçiləri Korpusunun 13-14 aprel və 1 oktyabr tarixlərində həyata keçirdiyi raket hücumlarından fərqli olacağı vurğulanıb. Adı açıqlanmayan mənbələr İranın İsrailə hücum zamanı İraq ərazisindən istifadə edə biləcəyini də iddia edib.
“AzPolitika.info”