"Real Madrid" vingeri Vinisius Juniorla yeni müqavilə ilə bağlı danışıqlara başlasa da, hələ braziliyalı futbolçu ilə razılığa gələ bilməyib.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, "Kral klubu"nun nümayəndələri Vinisiusun təmsilçiləri ilə bir neçə ay öncə görüşüblər. Mənbə "sambaçı"nın daha yaxşı maddi şərtlər tələb etdiyini və onu heyətdə saxlamaq üçün əl-ayağa düşən İspaniya nəhənginin idarəçilərinə "hə" deməyə tələsmədiyini vurğulayıb.
Xatırladaq ki, sözügedən futbolçunun "Real"la indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat