Perulu futbolçu Xose Uqo De la Kruz Meza oyun zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
İnsident “Xuventud Bellavista” və “Familia Çokka” klubları arasında Uankayoda (Peru) baş tutan görüşün 23-cü dəqiqəsində baş verib.
Fırtınanın başlaması ilə əlaqədar hər iki komandanın futbolçuları meydanı tərk edib. Ancaq müdafiəçini qapıçının yanında meydanı tərk edərkən ildırım vurub.
Futbolçular tez bir zamanda xəstəxanaya aparılıb, lakin De la Kruz Mezanın artıq öldüyü məlum olub.
Müdafiəçinin yanında olan qapıçı ciddi yanıq xəsarətləri alsa da, sağ qalıb.